Avropada qazın qiyməti cüzi ucuzlaşıb İqtisadiyyat

Avropada qazın qiyməti cüzi ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 050 ABŞ dollarından bir qədər yuxarı olub.

"APA-Economics"in məlumatına görə, 27 yanvar tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 1 052,1 dollar təşkil edib, bu da öncəki hesablama qiymətindən (1 063,5 dollar) 1% azdır.
Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.