Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində görüş keçirilib Siyasət

Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində görüş keçirilib

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində görüş keçirilib.

Bu barədə Milli Məclisin deputatı, komitənin həmsədri Tural Gəncəliyev öz "Twitter" səhifəsində yazıb.

"Həmkarım, Milli Məclisin deputatı Sevil Mikayılova ilə birgə Avropa Parlamentinin deputatı Marina Kalyurandla konstruktiv müzakirə keçirdik. Milli Məclislə Avropa Parlamenti arasında əməkdaşlığın möhkəmlənməsinə ümid edirik", - T.Gəncəliyev yazıb.