Qüdrət Həsənquliyev seçicilərlə görüşüb Siyasət

Qüdrət Həsənquliyev seçicilərlə görüşüb

Bu gün millət vəkili Qüdrət Həsənquliyev seçicilərinin - Xətai rayonu, Natiq Əliyev küçəsinin bir qrup sakininin müraciəti əsasında sözügedən ərazidə olub və onlarla görüşüb. Görüşdə Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Etibar Əhmədov, rayon təsərrüfat şöbəsinin müdiri Rafiq İsayev və müvafiq sahələrin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Millət vəkili Qüdrət Həsənquliyev və Xətai rayonu İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri sakinlərin qaldırdıqları problemlərlə bağlı ətraflı məlumat alıblar və həlli yolları barədə fikir mübadiləsi aparıblar. Sakinlərin müraciətləri qeydə alınıb, qaldırılan məsələlər detallı şəkildə öyrənilib və müvafiq sahələrlə bağlı verilən suallar cavablandırılıb.