Ermənistan nəhayət qəbul etməlidir ki, onun təxribatları bitməli və regionda sülh bərqərar olmalıdır - Pakistanlı ekspert Siyasət

Ermənistan nəhayət qəbul etməlidir ki, onun təxribatları bitməli və regionda sülh bərqərar olmalıdır - Pakistanlı ekspert

Ermənistan nəhayət qəbul etməlidir ki, onun təxribatları bitməli və regionda sülh bərqərar olmalıdır.

Bunu Pakistanın Müasir Dillər Milli Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Sərvət Rauf Şuşada Azərbaycan beyin mərkəzləri I Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün digər ölkələr tərəfindən dəstəklənməsi çox dəyərlidir.

O qeyd edib ki, Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa işləri və qısa müddətdə bu qədər işin görülməsi heyranlıq doğurur.

"Bu gün Ermənistanın Qarabağda törətdiyi dağıntıların miqyasını, eləcə də Azərbaycanın ərazilərin bərpası üçün göstərdiyi səyləri gördüm. Ciddi dağıntılara məruz qalmış rayonlar indi bərpa olunur", - deyə S.Rauf bildirib.