Ərdoğan və Paşinyanın görüşü keçiriləcək Siyasət

Ərdoğan və Paşinyanın görüşü keçiriləcək

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesinin müzakirəsi gözlənilir.

Bundan başqa, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşlərinin üçüncü ölkələrdə, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi məsələsi nəzərdən keçiriləcək.

Eyni zamanda tərəflərin regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəyi gözlənilir.