
Tehran-Putin görüşü: Yaxın Şərq müzakirə olundu
23 İyun 17:36
23 İyun 17:36
23 İyun 17:02
23 İyun 16:51
ATƏT-in missiya göndərməsinə əminəm Fransa qol qoyub. Sözsüz ki, bu missiya uğur əldə edə bilməyəcək. Tərəflər arasındakı konflikti aradan qaldırıb, sülh bağlatdırmayacaq. Sadəcə belə bir şansı əldən vermək istəmədi. Bunu "Xalq Cəbhəsi"nə konfliktoloq Elman Vəliyev deyib. O, qeyd edib ki, Ermənistan tərəfinin çağrışlarını imkan kimi qiymətləndirir: "Deyir, madam ki, bölgədə Rusiya da var və məni də dəvət edirlərsə, mütləq, getməliyəm. İttifaqın Minsk qrupu ləğv edilmiş kimidir. İttifaqın özünün də sabit qalacağını zənn etmirəm. Brexitdən sonra domino effekti oldu. Fransa, Yunanıstan, İtaliya, Danimarka, Hollandiya, Finlandiya, Portuqaliya da ittifaqdan çıxmağa meyillidirlər. Belə bir birliyin Qarabağ konfliktini həll edə biləcəyi absurddur. Missiya göndərilməsinə təkan verən ikinci əsas səbəb erməni lobbisidir. Bu ittifaqın dövlət strukturlarındakının əksəriyyəti ya erməni kökənli, ya da erməni tərəfdarıdır. Missiyanın obyektivlik göstərəcəyinə qaranti yoxdur. Mütləq ki, birtərəfli siyasət yeridəcək. Azərbaycan tərəfi öz şərtlərinin üzərində qəti şəkildə dayanmalıdır və əminəm ki, dayanacaq da". Cavid