Ermənistan iki stulda oturur - Politoloq Siyasət

Ermənistan iki stulda oturur - Politoloq

Ermənistanda KTMT toplantısı keçirildi. N. Paşinyan məhz Azərbaycanla sülh müqaviləsinin bağlanmasında Rusiya variantına üstünlük verir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, demək, Moskva və Yerevan bu məsələdə ortaq hərəkət edir: "Paşinyan Avropa İttifaqının və ABŞ Cənubi Qafqazda siyasi maraqlarına qarşı Moskva ilə eyni hərəkət edir. Ona görə də kifayət qədər əlimizdə imkan var ki, Vaşinqton və Brüsseldə Ermənistan əleyhinə siyasət formalaşdıraq.

Ermənistan iki stulda oturur. Qərbdə demokratiyadan, Rusiya ilə müttəfiqlikdən danışaraq Cənubi Qafqazda sabotaj siyasət sərgiləyir. Qərblə Azərbaycan Cənubi Qafqazda eyni siyasi xəttə malikdir. Prezident İlham Əliyev bu məsələdən məharətlə istifadə edəcəyi şübhəsizdir".
Cavid