Özbəkistan və Türkiyə hərbi sahədə əməkdaşlığı möhkəmləndirir Siyasət

Özbəkistan və Türkiyə hərbi sahədə əməkdaşlığı möhkəmləndirir

Özbəkistan Türkiyə ilə hərbi razılaşmanı ratifikasiya edib.

Trend Özbəkistan KİV-lərinə istinadən xəbər verir ki, razılaşma hərbi təlim və təhsil, müdafiə sənayesi sahəsində əməkdaşlıq, habelə hərbi logistika, kartoqrafiya və hidroqrafiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Xatırladaq ki, Türkiyə ilə hərbi əməkdaşlıq haqqında razılaşma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mart ayında Daşkəndə səfəri zamanı imzalanıb.