Türkiyə təhsil sahəsində təcrübəsini Azərbaycanla bölüşməkdən məmnunluq duyur - Nazir Mahmut Özer Siyasət

Türkiyə təhsil sahəsində təcrübəsini Azərbaycanla bölüşməkdən məmnunluq duyur - Nazir Mahmut Özer

Təhsil sahəsində əlaqələrimiz son illərdə çox sürətlə inkişaf edib. Türkiyə bu sahədə təcrübəsini Azərbaycanla bölüşməkdən məmnunluq hissi keçirir.

Bu fikri Türkiyənin milli təhsil naziri Mahmut Özer Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında keçirilən görüşdə söyləyib.

Türkiyəli qonaqlar Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə toplantısında təşkilat yanında müşahidəçi statusunun alınması prosesində üzv dövlət kimi Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə ediblər.