ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
19 May 2023 11:46
3 192
“Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel Rusiyaya qarşı mübarizənin tam gücüylə davamının tərəfdarıdır. Bu səbəbdən Borrel rusiyalı rəsmilərin ən çox tənqid olunduğu şəxslərdəndir. Ancaq Borrel yalnız Rusiya ilə kifayətlənmir”. Xalqcəbhəsi.az xəbərverir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq, bildirib ki, o son çıxışlarının birində Avropa İttifaqı ölkələrini Çinlə mübarizəyə də səsləyib: “Borrel Çinin dünyada artan gücündən narahatdır. Ona görə də avropalı baş diplomat Avropanın Rusiya ilə yanaşı Çinə qarşı da vahid strategiyasının hazırlanmasını dəstəkləyir. Borrel bütün bu fikirlərini “Financial Times” qəzetində yayımlanıb. Borrel ayrıca, mövzu ilə bağlı Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə məktub göndərib. Borrel həmin məktubda yazıb ki, Avropa İttifaqı ölkələri Çinlə bağlı ortaq strategiyanın hazırlanmasına çalışmalıdırlar.
Borrel Çinin siyasətindən niyə narahatdır?
Birincisi, Avropa komissarı hesab edir ki, Ukrayna müharibəsi fonunda Çin bölgədə gücünü artırmağa çalışır və Pekinin siyasəti getdikcə aqressivləşir.
İkincisi, Borrel hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırması üçün heç nə etməyib, halbuki, buna cəhd edə bilərdi.
Hadisələrin bu istiqamətdə gedidaşı Pekinin narahat edir”.
13 Mart 23:03
1 547
13 Mart 20:26
1 953
13 Mart 20:16
1 771