.jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
Azərbaycana səfərimin məqsədi iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verməkdir. Slovakiya və Azərbaycan arasında dostluq münasibətlərindən əlavə iqtisadi əlaqələri də yüksəltmək niyyətindəyik.
Trend xəbər verir ki, bunu Slovakiya Respublikası Milli Şurasının Sədri Boris Kollar jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Slovakiya tərəfindən Ağdam rayonunun Qərvənd kəndində “Ağıllı kənd” proyekti hazırlanıb və bununla bağlı görüşlər olacaq.
“Azərbaycanla yaxın əlaqələrin olması bizim üçün çox önəmlidir. Ölkənizlə ticari, eyni zamanda, iqtisadi əlaqələri yeni mərhələyə daşımaq niyyətindəyik”, - deyə Boris Kollar vurğulayıb.