“Türk dövlətləri birlikdə güclüdürlər” Siyasət

“Türk dövlətləri birlikdə güclüdürlər”

Aydın Mirzəzadə: "Türk dövlətlərinin qardaş münasibətləri çox vacib bir amildir"

"Türk dövlətlərinin qardaş münasibətləri çox vacib bir amildir. Türk dövlətləri birlikdə güclüdürlər". Bu barədə millət vəkili Aydın Mirzəzadə yazıb. O, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sabah Özbəkistana gözlənilən qəfil səfərini şərh edib: "Hesab edirəm ki, Özbəkistan Prezidenti İslam Kərimovun səhhətinin ağır olduğu bir dövrdə qonşu ölkə başçısının səfəri çox böyük bir jestdir. Türk dövlətlərinin qardaş münasibətləri çox vacib amildir, türk dövlətləri birlikdə güclüdürlər. Qardaş qardaşa ağır gündə lazımdır".
Qeyd edək ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sentyabrın 3-də Özbəkistana səfər edəcək. Onun Çinə olan səfərini təxirə salaraq Özbəkistana getməsi hökumətin tezliklə İslam Kərimovun ölümünü elan etməyə hazırlaşması ilə əlaqələndirilir.