“Qadın qətillərinə son” kampaniyası etiraza səbəb oldu Siyasət

“Qadın qətillərinə son”  kampaniyası etiraza səbəb oldu

Niyaməddin Orduxanlı: "Cəhalətə, nadanlığa qarşı mübarizəni kampaniyaya çevirməliyik"

Sosial şəbəkələrdə həyat yoldaşları tərəfindən qətlə yetirilən qadınlarla bağlı təşkil olunun "Qadınqətllərinəson" kampaniyası QHT rəhbərləri tərəfindən birmənalı qarşılanmayıb. Bununla bağlı Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Baymedia.az saytına acıqlmasında bildirib ki, aparılan kampaniyaya fərqli prizmadan yanaşır: "Təbii ki, birmənalı şəkildə qadınlara qarşı törədilən cinayətləri qınayıram. Ancaq Avropanın ən inkişaf etmiş ölkələrində də, Amerikada da qadınların həyat yoldaşları tərəfindən qətlə yetirilməsi faktlarına tast gəlinir və belə faktların sayı yetərincədir. Bu qəbildən olan cinayətlər hər zaman olub və təəssüf ki, olacaq...
Amma mən Azərbaycanda "Qadınqətlərinə son" qoyulması şüarının səsləndirilməsinin əleyhinəyəm. Geri zəkalı, savadsız, cahil insanlar düyanın hər yerində var. Zənnimcə, biz cəhalətin aradan qaldırlması istiqamətində fəaliyyətimizi genişləndirməliyik. Maarifçilik işinin qurulmasını təşkil etməliyik. Cəhalətə, nadanlığa qarşı mübarizəni kampaniyaya çevirməliyik. Maraqlıdır, görəsən "Qadın qətllərinə son" kampaniyasını süni şəkildə gündəmə gətirməyin səbəbi nədir?! Bunu başa düşə bilmirəm. Nəzərə alaq ki, Azərbaycan dövlətinin imicinin korlanmasına çalışan, dövlətimizin milli maraqlarına zərbə vurmaq istəyən bir sıra xarici beynəlxalq təşkilatlar var. Bu təşkilatların əksəriyyəti erməni diasporunun təsiri altındadır. Bu təşkilatlara imkan verməməliyik ki, bir necə cahil adamın cinayətkar əməllərindən istifadə edib, dövlətimizə qarşı kampaniya aparsınlar. Hesab edirəm ki, qadına əl qaldırmanın əsas səbəblərindən biri cəhalətdir, cahil valideyindir, cahil qohumlardır və nəhayət, cahil həyat yoldaşıdır!"