“Yeni münaqişə ocağı yaratmaq niyyətindən əl çəkmirlər” Siyasət

“Yeni münaqişə ocağı yaratmaq niyyətindən əl çəkmirlər”

“Son 4 ildə müasir Azərbaycan tarixinin ən qürurlu günlərini yaşayırıq. Amma bizə qarşı olan qüvvələr də, başda Fransa olmaqla qələbəmizi qəbul etmək və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəmir, Makron və başqaları çirkin niyyətlərindən, o cümlədən işğalçı Ermənistanı silahlandirmaqdan, onun vasitəsilə yeni münaqişə ocağı yaratmaq niyyətindən əl çəkmirlər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev qeyd edib: “Belə bir vəziyyətdə hər birimiz Əsgər olmalıyıq, Azərbaycanımızı, suverenliyimiz və müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq. Daim dövlətimzin, Silahlı Qüvvələrimizin və müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında daha sıx birləsməliyik. Bu günə qədər əldə etdiyimiz bütün qələbələr məhz bu birliyin formalaşdırdığı Dəmir Yumruq sayəsində mümkün olub”.