“Qərb Azərbaycanla Emənistan arasındakı dialoqa nə qədər az müdaxilə etsə...”-deputat Siyasət

“Qərb Azərbaycanla Emənistan arasındakı dialoqa nə qədər az müdaxilə etsə...”-deputat

“Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının görüşündə Qazaxın işğal altında olmuş anklav kəndlərinin qeyd-şərtsiz Azərbaycana qaytarılması barədə razılığıa gəldilər. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan birbaşa danışıqlar aparıb nəticələr əldə edə bilər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Kamran Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, revanşistlər Tavuşda nə qədər etiraz etsələr də bu heç bir nəticə vermədi: “Sülhməramlıların çıxması fonunda bu sülh məsələsində yeni mərhələ oldu. Prezidentin milli maraqlara söykənən siyasəti uğurla həyata keçirilir. Qərb Azərbaycanla Emənistan arasındakı dialoqa nə qədər az müdaxilə etsə bölgəyə sülh bir qədər tez gələcək”.