“Azərbaycana qarşı məkrli niyyətlərini ortaya qoyublar” Siyasət

“Azərbaycana qarşı məkrli niyyətlərini ortaya qoyublar”

“Azərbaycanın uğurları artdıqca bizi istəməyən qüvvələr məkrli niyyətlərini həyata keçirməyə başlayıblar. Bu beybnəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər və həmin dövlət və təşkilatlara xidmət göstərən ölkədəki şəxslər və bəzi partiya sədrləridir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, dünya ölkələri özlərini demokratik adlandırsalar də Azərbaycanın haqq işində nəinki dəstək veriblər, ümumiyyətlə buna qarşı məkrli niyyətlərini ortaya qoyublar: “Xocalı soyqırımını törədənlər, Gəncəni, Bərdəni bombalayanlara, dinc sakinlərə atəş açanlara qarşı bir sanksiya tətbiq olunmayıb”.