“24 apreldə ortaya atılan məsələnin oyun olduğu hər kəs aydındır” Siyasət

“24 apreldə ortaya atılan məsələnin oyun olduğu hər kəs aydındır”

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Azərbaycanı sevənlər Heydər Əliyev ilini yüksək səviyyədə qeyd etdi. Ötən gün Rusiyada Prezident İlham Əliyevlə həmkarı Vladimir Putin arasında keçən görüşdə də ulu öndərin zəngin fəaliyyəti bir daha qeyd olundu”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Anar İskəndərov deyib. O qeyd edib ki, ermənilər tərəfindən qondarma soyqırımla bağlı hər il 24 apreldə ortaya atılan məsələnin bir oyun olduğu hər kəs aydındır: “Bu yaxınlarda Ermənistanın baş naziri də bu məsələyə dair münasibət bildirib. Tarixdə heç vaxt erməni dövləti olmayıb. 24 apreldə ermənilər göz yazı tökməkdənsə Azərbaycanla, Türkiyə ilə münasibətlərə daha real və konkret müstəvidən yanaşmalıdır. Bu onlar üçün ən optimal seçimdir”.