“Azərbaycan bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir” Siyasət

“Azərbaycan bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir”

“Səhiyyə nazirliyinin gördüyü işlər çoxdur. Bununla bərabər, səhiyyə siyasətində ciddi axsamalar var”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib: “Birincisi, Səhiyyə nazirliyi və TƏBİB arasında konkret və ikili yanaşmaya heç bir əsas verməyən vəzifə və səlahiyyət bölgüsü təxirəsalınmadan həyata keçirilməlidir.
İkincisi, bütün Azərbaycan bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir ki, ona görə də səhiyyə xidmətləri göstərilsin. Yas məclislərində olan zaman şahidlik edirəm ki, bəzi yerlədə ürək, bəzi yerlədə onkoloji, bəzi yerlərdə şəkər və buna bənzər xəstəliklər üstünlük təşkil edir. Bunlar araşdırılırmı? Səbəblər nədir? Ətraf mühitə, suya, ərzaq məhsullarına, yaxud hansısa sənaye obyektlərinə və sairə, və sairə, və sairə.
Üç dəqiqə arzində çox az şeyi deyə bilərəm. Amma, deyiləsi və danışılası məsələlər həddindən artıq çoxdur. İstərdim ki, xanım sədr məsləhət bilsəniz, məhz ölkəmizin səhiyyə siyasəti ilə bağlı ictimai dinləmə olsun. Çox vacibdir, ümid edirəm ki, hörmətli Əhliman müəllim bunu daha yaxşı əsaslandıra bilər. Mən sadəcə etdiyim müraciətlər, aldığım məktublar, gördüklərim, yaşadıqlarım və müşahidə etdiklərim əsasında mülahizələr irəli sürürəm”.

Missiya.Az