“4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır” Siyasət

“4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır”

“19 apreldə 4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır. Nəinki bir kənd, hətta bir ev də Vətəndir! Təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük corafiyalarda itirdiyimiz tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son 3 əsrin qəhrəmanına çevirir. Bir kəndin-Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, elə Rusiya-Ukrayna müharibəsində hər kənd uğrunda həyatını itirən minlərlə insanı gördükdə Ağdam, Kəlbəcər, Laçın, Zabux, Sus, o cümlədən 4 kənd üçün verilməyən şəhidlərimiz üzərindən hesablayanda Qələbəmizin dəyəri daha böyük görünür: “Rus dilində məşhur bir ifadə var-sobiratel zemel. Dilimizdə qarşılığı ona görə yoxdur ki, onu qazanan rəhbərimiz olmayıb. İndi sərhəd xətlərini ordunun və diplomatiyanın gücü ilə yenidən çəkən, Rəsulzadənin, Nərimanovun, Bağırovun yarımçıq qalan arzularını gerçəkləşdirən lider məhz sobiratel zemeldir! Torpaqları toplayanda millət də, dövlət də böyüyür”.