“Paşinyan demək istəmişdi ki...” Siyasət

“Paşinyan demək istəmişdi ki...”

“Kəndlərin qaytarılmasına ya bütövlükdə, ya da birtərəfli olduğu üçün etiraz edən “26 sentyabr beyinli”lərə də Paşinyanın dili ilə cavab verməliyik”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, erməni Baş nazir Bakının ultimatumunu son bir ayda iki dəfə Tavuş camaatına çatdırarkən xəbərdar etdi ki, əgər razılaşmasanız, regionda partlayış olacaq: “Yəni, sadə dilə çevirsək, Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”.