“Erməni kilsəsi və müxalifət aktiv şəkildə bunun üzərində dayanıb” Siyasət

“Erməni kilsəsi və müxalifət aktiv şəkildə bunun üzərində dayanıb”

“Ermənistanda revanşistlər maksimum çalışır ki, Azərbaycanla gözlənilən razılaşmanın qarşısı alınsın”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədulazadə qeyd edib: “Erməni kilsəsi və müxalifət aktiv şəkildə bunun üzərində dayanıb. Rusiya tərəfinə gəldikdə, Kreml Azərbaycanla Ermənistan arasında razılaşmaya etiraz etməyəcək. Prezident İlham Əliyevin Moskvada Putinlə görüşündə bu məsələlər müzakirə olunub. Rusiya bu məsələdə neytral qalacaq. Qazaxıstan prezidentinin Ermənistana səfərində bir çox məsələlər razılaşdırılıb”.