Macarıstan Aİ Sülh Fondundan Ermənistana yardım layihəsini Azərbaycana görə bloklayır - KİV Siyasət

Macarıstan Aİ Sülh Fondundan Ermənistana yardım layihəsini Azərbaycana görə bloklayır - KİV

Macarıstan Avropa İttifaqının (Aİ) Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım layihəsini bloklayır.

Trend xəbər verir ki, bu barədə erməni KİV diplomatik mənbələrə istindən məlumat yayıb.

Qeyd olunub ki, layihə bir neçə həftə əvvəl razılaşdırılıb. Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb edir.

KİV-in yazdığına görə, aprelin ortalarında məlum olub ki, Brüsseldə Ermənistana Aİ Sülh Fondundan 10 milyon avro dəyərində yardım ayrılması barədə ilkin razılıq əldə olunub.

Diplomatik sənədlərə əsasən, bu vəsaitlə bir batalyonluq modul tipli səhra düşərgəsinin yaradılması nəzərdə tutulur. Buraya həmçinin bir tibb məntəqəsinin, eləcə də müvafiq xidmət və imkanların daxil edilməsi nəzərdə tutulur.