Ermənistan, Gürcüstan, Ukraynada gedən ABŞ, NATO - Rusiya qarşıdurması niyə sonlanmır, qalib kimdir? Siyasət

Ermənistan, Gürcüstan, Ukraynada gedən ABŞ, NATO - Rusiya qarşıdurması niyə sonlanmır, qalib kimdir?

Beynəlxal geosiyasi proses onu göstərir ki, ABŞ başda olmaqla Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətindədir. Nəinki, Rusiyanı durdurmaq, zəiflətmək alınmır hətta, artıq Rusiya Qərbin orbitində olduğunu hesab etdiyimiz bəzi dövlətləri, məsələn Gürcüstanı öz təsir dairəsinə qaytarmaq üçün ciddi addımlar atır və Gürcüstanın siyasi inteqrasiya xəttini dəyişmək iqtidarında olduğunu nümayiş etdirir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki Ermənistanda da Paşinyanın hakimiyyətinin antirusiya siyasi kursunun yumuşalması açıq hiss olunur. Paşinyan iqtidarı artıq Qərbdən gələn tələbləri icra etmir və Azərbaycanla razılaşmaya getməsi məhz bu qənaətimizin sübutudur. Qərbin, NATO-nun Cənubi Qafqazda yerləşməsi üçün Azərbaycanla Ermənistan arasında daimi gərginliyin mövcudluğu vasitə kimi, əldən çıxması əlbəttə ki, Qərb üçün ağır zərbə, böyük itkidir.

Ukraynadakı müharibə hansı ki, Qərb- Rusiya qarşıdurmasının bütünlüklə siyasi-hərbi mübarizəsinin həlledici meydanı kimi, proseslər Rusiyanın xeyrinə əsaslı şəkildə dəyişib. Artıq Odessanın Rusiya tərəfindən işğalı zaman məsələsinə çevrilib. Odessa məğlubiyyəti isə demək olar ki, Ukraynanın taleyini müəyyən edən yükə malikdir:

"Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya humanitar yardlmla bağlı son açıqlaması da Ukraynanın taleyi ilə bağlı istiqamətin bəlli olduğunu göstərir.

Sual olunur, necə olur ki, kollektiv Qərb Rusiyaya, ərəb dövlətlərinə qalib gələn İsrail isə Həmasa qalib gələ bilmir?

Birinci dünya müharibəsində 33 dövlətə qarşı təkbaşına vuruşan Türkiyə nəhayət özünü qoruyub saxlaya bildi. İsrail də bir neçə dəfə təkbaşına ərəb dövlətlərinə qarşı müharibədən qalib çıxıb. İndiki İsrail isə Həmas müharibəsində isə İsrail kollektiv ərəb ölkələri üzərində qazandığı qələbəni faktiki tək döyüşən Həmas üzərində təkrarlaya bilmir. Əlbəttə ki, opetativ qərar gecikəndə hərbi, siyasi uğur qazanmaq çox çətin olur. Kollektiv çıxış edən dövlətlərin isə belə operativ siyasi və hərbi qərarların razılaşdırılması zaman tələb edir.

Dövlət idarəçiliyində də inkişaf etməkdə olan dövlətlər üçün məsləhətləşmə, parlament idarə üsulu dövlətin operativ hərəkətini, siyasi və hərbi iradəsini əngəlləyir. Məhz Türkiyənin parlament idarə üsulundan Prezident idarə üsuluna keçməsi bu səbəbdən idi".

Siyasi birliyə baxmayaraq, kollektiv Qərbin Rusiyaya qarşı mübarizədə axsamağının əsas səbəblərindən biri vahid komandanlığın əldə edilməməsi, Ukraynanın imkanlarının özünə aid olmaması, Rusiyanın isə vahid mərkəzdən və öz imkanlarından çıxış etməsidir.

Tarix dəfələrlə sübut edib ki, bir xalqı məhv etmək mümkün olsa da, bütöv xalqa qalib gəlmək olduqca çətindir. İsrailə bütün fələstin döyüşür, Ukraynada isə Qərbə qaşı konsolidasiya edilmiş ruslar vuruşur.

Cavid