Azərbaycan əsrlər boyu mədəniyyətlərin kəsişdiyi yer olub Siyasət

Azərbaycan əsrlər boyu mədəniyyətlərin kəsişdiyi yer olub

Azərbaycan dövləti özünün bəşəri rolunu oynamaq potensialını ortaya qoyur. Mədəniyyətlərarası Dialoq Forumunun 2019-cu il COVİD-dən sonra yenidən işini bərpa etməsi Azərbaycanın daha yüksək amallar uğrunda fəaliyyət göstərən dövlət imicini formalaşdırır. Azərbaycan dünyəvi məsələlərin dünyanın əsas hissəsini təşkil edən dövlətlərlə birgə, həm də Azərbaycanın təşkilatçılığı ilə istər bu forum, istərsə də, COP29, Yaşıl enerji forumları, Qoşulmama Hərəkatı ilə birlikdəki fəaliyyəti onu deməyə əsas verir ki, Azərbaycan özünü dünyanın indiki gərgin və təhlükəli vəziyyətində öz üzərinə dünyanın böyük güclərinin götürmək istəmədiyi yükü götürüb.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin kəsişdiyi yer olub. Şərqlə Qərbin, Şimalla Cənubun bütün iqtisadi və mədəni kəsişmə nöqtələri Azərbaycanın varlığına söykənib. Azərbaycan bu mədəniyyətlərin kəsişmə nöqtəsində mədəniyyətlərarası körpü olub. Azərbaycan özünü mədəniyyətlərarası qarşıdurmalara sipər edib, indi də bunu etməklə məşğul olur.

Tarixən Azərbaycanın üzərinə düşən missiya indiki məqamda bunu labüd edir ki, Azərbaycan yenidən önə çıxsın.
Dünyanı məhv etmək istəyən qüvvələrin oyunlarına qarşı öz mənəvi dəstəkçiləri olan yüzdən çox dövlətlə birlikdə mübarizə aparsın:

"Azərbaycan Prezidenti İlham Əliyev də qeyd edilən məsələlərin aparıcı ideoloqu və təşkilatçısı kimi hər zaman öndə olub. Azərbaycanın separatizm, dini qarşıdurma meyllərini yox etdiyi təcrübəsi bütün dünya üçün örnək olur. Bu səbəbdəndir ki, dünyanın əksər ölkəsində Azərbaycan dini tolerantlıq adası hesab edilir. COP29 Azərbaycanda keçirilməsinə bütün ölkələr yekdilliklə səs verir.

Azərbaycan artıq dünyada ikinci, üçüncü sinif ölkələr arasında ümid yeri kimi görünür. Fransanın dənizaşırı koloniyalarında belə Azərbaycan onlar üçün gələcəkdə müstəqillik yolunda ümid işığı kimi baxır, dəstəyinə ehtiyac duyurlar.

Azərbaycan öz ərazilərini işğaldan azad etməklə artıq dünyanın gələcəyini qorumaq missiyasını öz üzərinə götürür".

Cavid