“Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqlar mümkün ola bilər” Siyasət

“Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqlar mümkün ola bilər”

“ABŞ-nin Ukraynaya silah tədarükü hücum xarakterli və Rusiya ordusuna öldürücü təsir edəcək”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, növbəti aylarda müharibənin yeni mərhələdə davam edəcəyinin şahidi olacağıq: “Fransa, İngiltərə Ukraynaya məhdud sayda qoşun göndərməsi mümkündür. Ukrayna verilən silahlardan uğurlu istifadə edəcəksə, Rusiya danışıqlar masasına oturacaq. Xüsusilə Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqlar mümkün ola bilər”.