“Sülh sazişində bu imkandan istifadə ediləcəyi gözləniləndir” Siyasət

“Sülh sazişində bu imkandan istifadə ediləcəyi gözləniləndir”

“Bakı 4 kəndin qaytarılması üçün İrəvanın Alma-Ata bəyannaməsinə istinad edilməsi mövqeyini qəbul edib, amma sülh sazişində prinsipin dəyişdirilməsi imkanını da saxlayır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O, bildirib ki, sülh sazişində bu imkandan istifadə edəcəyi gözləniləndir: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da “Əl-Cəzirə” telakanalına müsahibəsində bildirib ki, Azərbaycan sülh sazişində Alma-Ata bəyannaməsinə aydın şəkildə istinad edilməsini istəmir. Bakının İrəvana göndərdiyi sülh müqaviləsi ilə bağlı son variantda da bu yanaşma yer alır.
Azərbaycan haqlıdır: Ermənistan 1991-ci il sərhədlərini əldə etmək istəyir, bu sərhədlərə Gədəbəyin Başkəndi də daxildir və bütün bunların qarşılığında heç nəyi güzəştə getmək niyyətində deyil. Bakı üstün tərəf olaraq, niyə İrəvanın istəyini qəbul etməlidir?”.