“Təqdim olunan tezislər sülh üzrə bundan sonrakı diqqətin necə ayrılmasını müəyyənləşdirəcək” Siyasət

“Təqdim olunan tezislər sülh üzrə bundan sonrakı diqqətin necə ayrılmasını müəyyənləşdirəcək”

“Almatı görüşü həm də Cənubi Qafqazda təhlükəsizlik şəraitini aqressiv şəkildə dəyişməyə çalışanlara qarşı dirəniş nöqtəsi kimi bir nəticə hasil etməlidir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi təhilçi Aqşin Kərimov deyib. O, bildirib ki, Azərbaycan buna çalışır, maksimal şəkildə İrəvanı ikitərəfli rejimdə razılıqlara dəvət edir: “İrəvanda müəyyən siqnallar müsbətdir, lakin zəmanət tapmaq çətindir ki, Ermənistan gələcəkdə regionu beynəlxalq oyunçuların qarşıdurma sığınacağına çevirmək xəttinə getməyəcək.
Almatı danışıqlarında Azərbaycan tərəfi yüksələn manevr imkanları fonunda Ermənistandan həmin zəmanətləri tələb edə bilər.
XİN başçılarının gözlənilən görüşü baş tutsa, əldə edilən sülh düsturları üzrə yeniliklər Azərbaycan və Ermənistan rəhbərliyinə təqdim ediləcək.
Təqdim olunan tezislər sülh üzrə bundan sonrakı diqqətin necə ayrılmasını müəyyənləşdirəcək və Azərbaycan-Ermənistan liderlərinin növbəti görüşünə hazırlıq məqsədlərini özündə ehtiva edəcək”.