Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb Siyasət

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Mayın 10-da Ankarada Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsinin önünə gül dəstələrinin qoyulması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, dahi dövlət xadiminin xatirəsinin anılması mərasimində Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, iki ölkə parlamentlərinin deputatları, qardaş ölkədə fəaliyyət göstərən müxtəlif strukturlarımızın əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş mərasimin iştirakçıları dövlət xadiminin xatirəsini anıblar.

Tədbirlər Ankarada Heydər Əliyev adına orta məktəbdə davam etdiriləcək.