Seçkinin vaxtı qabağa çəkilə bilər - Məzahir Pənahov Siyasət

Seçkinin vaxtı qabağa çəkilə bilər - Məzahir Pənahov

Qanunvericiliyə uyğun olaraq parlament seçkiləri noyabrın əvvəlində keçirilməlidir.

Trend xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, seçkidən əvvəl həmişə Mərkəzi Seçki Komisiyası maarifləndirmə işləri həyata keçirir.

"Onun artıq vaxtı çatıb. Bu günlərdə biz hətta iclasda müzakirə etdik ki, biz maarifləndirmə proqramını tərtib edirik. Komissiya onu bəyənir. Sonra biz tədbirlərimizi həyata keçiririk. COP29-a görə seçkinin vaxtı dəyişə bilər. Vaxt dəyişəndə də seçkinin vaxtı ancaq qabağa çəkilə bilər. Biz təcili maarifləndirmə tədbilərinə başlamalıyıq. Bu yaxınlarda siz addımların atıldığının şahidi olacaqsız", - deyə o qeyd edib.

Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alınaraq 2019-cu il dekabrın 5-də Milli Məclis buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edildi. Növbəti parlament seçkilərinin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.