Kilsə silaha da əl ata bilər Siyasət

Kilsə silaha da əl ata bilər

Ermənistanda keşiş Baqratın "rəhbərliyi" ilə keçirilən etiraz aksiyalarının hakimiyyətin dəyişməsinə gətirib çıxarmayacaq. Hazırda keçirilən etiraz aksiyalarına Qərbin hər hansı bir dəstəyi yoxdur və olmayacaq.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, N. Paşinyanla Kilsə arasında çox ciddi problemlər onun hakimiyyətə gəldiyi gündən davam edir. Bu problem kuliminasiya nöqtəsinə çatıb. Kilsənin silahlı terrora da əl atması mümkündür:

"Ümumiyyətlə, Qərb Ermənistanda hakimiyyətin dəyişməsinə imkan verməyəcək. İkinci Gürcüstan ssenarisinin təkrarlanması Qərbin regiondan getməsi ilə nəticələnə bilər. Gürcüstanda hakimiyyətə gələn Gürcü Arzusu məhz Rusiyanın arzuları ilə hərəkət edir. Ermənistan Baş naziri Nikol Paşinyan gözləmə mövqeyindədir. Hərəkətə keçərsə, Kilsənin hakimiyyəti hədəf alan etirazına son qoymasi mümkündür".

Cavid