“Ermənistandan Rusiyaya ixrac edilən məhsulların siyahısına hərbi məqsədlər üçün nəzərdə tutulan mikroelektronika da daxildir”-Pünhan Musayev Siyasət

“Ermənistandan Rusiyaya ixrac edilən məhsulların siyahısına hərbi məqsədlər üçün nəzərdə tutulan mikroelektronika da daxildir”-Pünhan Musayev

“Ermənistanın xarici ticarət dövriyyəsinin ekspansional artımı Ukrayna müharibəsinin başladığı dövrdən indiyə təsadüf edir. Rusiyaya ixracının artması isə daha çox üçüncü ölkələrin məhsullarının reeksportu və “paralel idxal” ilə bağlıdır. Çünki azad ticarət müqaviləsi və gömrük rəsmiləşdirilmələrinin ucuz başa gəlməsi Ermənistanı artan beynəlxalq təzyiq şəraitndə Rusiyaya nəfəs almaq imkanı verən optimal istiqamət kimi ortaya çıxardı. Ticarət statistikalarından o da məlum olur ki, son iki ildə Ermənistandan Rusiyaya ixrac edilən məhsulların siyahısına müxtəlif texniki avadanlıqlar, əsasən hərbi məqsədlər üçün nəzərdə tutulan mikroelektronika, çip və prosessorlar, o cümlədən kompüter və rabitə vasitələri daxildir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Pünhan Musayev deyib. O, bildirib ki, lakin tərkib bunlarla məhdudlaşmır: “Son dövrlər almaz və qızılın təkrar ixracında da artım müşahidə olunur. Heç bir resurs və ciddi sənayeyə malik olmayan bir ölkənin xarici ticarət dövriyyəsində müşahidə olunan bu durum həm də onu deməyə əsas verir ki:
Birincisi, həmin çip və prosessorlar nəzərə alsaq ki, hərbi məqsədlər üçün istifadə olunacaq, deməli onda Ermənistan müharibəyə dəstək verən tərəfdir.
İkincisi, “arxa qapı” Ermənistanının hazırki hökumətinin Rusiya ilə əlaqəsi heç də göründüyü kimi deyil.
Sanksiya mübarizəsində ona olan bu arxayınlıq isə bu ölkənin həm Avrasiya Birliyi üzvü olması, həm də Avropa Birliyi ilə “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi” imzalayan yeganə şərq ölkəsi olmasıdır. Yəni, Ermənistanın hər düşərgəyə bir ayağını qoymaqsı mal və xidmətlərin qərbdən Rusiyaya və ya əksinə transferini həyata keçirmək üçün çoxlu imkanlar verir. Yeri gəlmişkən, bu ilk belə hal deyil. Daha əvvəl də Ermənistan uzunmüddət sanksiyadan əziyyət çəkən İrana da beynəlxalq maliyyə sisteminə çıxış etmək üçün kömək göstərib.
Vacib məqam ondan ki, bu xarici amillər Ermənistan üçün keçici fürsətlər yaratsa da, bir gecədə dəyişmək ehtimalını da istisna etmək olmaz. Bu isə dayanıqlı və sabit olmayan ixrac templərinin qərbin verəcəyi potensial əks-reaksiya ilə tamamilə alt-üst olması, başqa sözlə Ermənistanın öz iqtisadi inkişafını keçici maraqlara qurban verməsi ilə nətəcələnəcək bir ssenari deməkdir”.

Əli