Ermənistanın atəşkəsi pozmasısülh planına qarşıdır Siyasət

Ermənistanın atəşkəsi pozmasısülh planına qarşıdır

Ermənistan ordusu Naxçıvanla sərhəddə iki gündür atəşkəsi mütəmadi pozur. Ötən gün Baş nazir Nikol Paşinyan sülh mətnin hazır olduğunu və bir ay ərzində sazişin bağlana biləcəyini qeyd etdi. Səhərisi Ermənistan silahlı qüvvələri sərhəddə təxribatlara əl atdı. Görünür, Ermənistan ordusunda sülhə qarşı olan qüvvələr var. Baş nazir orduda revanşist qurupu zərərləşdirə bilmir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ümumiyyətlə, 30 ildir ki, Ermənistan ordusunda generalitet Rusiya hərbi kəşfiyyatı ilə sıx bağlıdır. Proseslər göstərir ki, Ermənistan ordusunun Baş Qərargahı N. Paşinyanın sülh planına qarşıdır və hökumətin Azərbaycanla normal əlaqələr siyasətini dəstəkləmir. Bu qüvvələr təlimatı Rusiya Hərbi Baş Kəşfiyyatindan təlimatlar alir. Və 30 il ərzində Azərbaycana qarşi işğalın arxasında hansı qüvvənin olduğu məlumdur. Həmin "qüvvədir" ki, N. Paşinyan sülhdən danışanda silahlar Azərbaycana qarşı işə düşür:

"Paşinyan həm Kilsə, həm:də orduda təmizlik aparmasa, bu qüvvələr birləşib, Ermənistanda təxribatlara əl atacaqlar. Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışacaqlar. ABŞ Ermənistan da gedən prosesləri görür. Ona görə də hər həftə rəsmilər Yerevana səfər edir. Azərbaycanla Ermənistan arasında sülh danışıqları kövrəkdir və N. Paşinyanın təhlükəsizliyi tam təmin ediləcəksə, sülhə imza atacaq".

Cavid