
ABŞ bütün dünya ölkələrinə münasibətdə beynəlxalq hüquq cəhətdən eyni addımlar atmır. Bu fikir hüquq elmləri doktoru Kamal Makili-Əliyevin "Modern Diplomacy" analitik resursundakı məqaləsində yer alıb. Müəllif yazır: "Bunun bariz nümunəsi Dağlıq Qarabağın və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğal olunmasıdır". Məqalədə qeyd olunur ki, işğal faktı bir çox beynəlxalq hüquq sənədlərində, o cümlədən beynəlxalq məhkəmə orqanının qərarında yer alsa da, ABŞ Ermənistanı işğalçı dövlət kimi tanımayıb və bu ölkəyə qarşı heç bir sanksiya tətbiq etməyib.