ABŞ Hörmüz boğazında gəmisinin zədələnməsi barədə məlumatı təkzib etdi
“Hörmüz boğazı ətrafındakı hadisələrin qiymətin formalaşmasına təsirləri azalıb”
Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib
Aynur Osmanova: Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək də məsuliyyət yaradır
Bəzi rayonlarda növbəti beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
8 Noyabr 2024 16:54
2 751
Azərbaycan Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə X-də yazıb.
"Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk", - o bildirib.
Qeyd edək ki, komitə əcnəbi vətəndaşların Fransa-İtaliya sərhədində müvafiq sığınacaq proseduruna, o cümlədən hüquqlarına dair məlumatlara çıxışı olmadan zorla geri qaytarılmasından narahat olduğunu bildirib. Komitə, həmçinin miqrantların Böyük Britaniya-Fransa sərhədindəki müvəqqəti sığınacaqlarının və Fransanın xaricdəki Mayot ərazisindəki gecəqonduların sistematik evakuasiyasının bəzən həddindən artıq güclə həyata keçirilməsinin bu insanların üzləşdiyi onsuz da acınacaqlı həyat şəraitini pisləşdirməsindən narahatdır.