Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
11 Noyabr 2024 14:52
8 568
“COP29-un ölkəmizdə keçirilməsi ilk növbədə Cənab Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, ona olan inam, etimad, hörmətə bağlıdır. Konfransın Azərbaycanda keçirilməsinə dair yekdilliklə qərar qəbul edilməsi Azərbaycan dövlətinin dünyanın qlobal problemlərinin həllində oynadığı müsbət rol ilə əlaqədardır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib.
M.Qasımlı bu gün bütün dünyanın gözünün Azərbaycanda olduğunu vurğulayaraq əlavə edib ki, Azərbaycan planeti düşündürən ən vacib məsələlərin müzakirə edildiyi məkana çevrilib: “Dünyanın demək olar ki, əksər ölkələrinin dövlət və hökumət başçılarının, yüksək səviyyəli şəxslərinin Azərbaycana gəlməsi problemin nə qədər ciddi olduğunu göstərir. Azərbaycan bu qlobal problemdən xilas olmaq üçün yol göstərir”.
O bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinin digər böyük əhəmiyyəti Azərbaycan haqqında həqiqətlərin dünyaya yayılacağı ilə bağlıdır: “Ölkəmizə gələn qonaqların işğaldan azad edilmiş ərazilərimizə səfər etmələri gerçəkləri öz gözləri ilə görməsinə şərait yaradacaq. Onlar bir tərəfdən işğalçı Ermənistanın vəhşiliyini, tarix və mədəniyyət abidələrini, yaşayış məntəqələrini yerlə-yeksan etdiyini görəcəklər. Digər tərəfdən isə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, tikinti işlərini öz gözləri ilə görəcəklər. Həmçinin onlar Azərbaycan millətinin yüksək mədəniyyətinin şahidi olacaqlar”.
Röya İsrafilova