DİM buraxılış imtahanında xarici dil üzrə yeni modeli açıqladı
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO
Alimlər geomaqnit vəziyyətinin pisləşə biləcəyi barədə xəbərdarlıq ediblər
Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edilib
Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun qəbul ediləcək - RƏSMİ
15 Noyabr 2024 17:36
2 961
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 15-də Ümumdünya Yaşıl İqtisadiyyat Təşkilatının sədri Səid Məhəmməd Əl Tayerlə görüşüb.
Nazirlər Kabinetindən Xalqcebhesi.az-a bildiriblər ki, görüşdə Bakıda keçirilən COP29-un önəmi qeyd edilib, tədbirdə qlobal miqyasda yaşıl keçidin sürətləndirilməsi ilə bağlı vacib qərarların qəbul ediləcəyinə əminlik ifadə olunub.
Ölkəmizdə yaşıl iqtisadiyyatın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən uğurlu layihələr barədə məlumat verilib.
Söhbət əsnasında yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.