29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
22 Noyabr 2024 00:28
3 794
“Politiko”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz gambiti - Rusiya üçün yaxşı xəbərdir” məqaləsi dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X səhifəsində yazıb.
Onun sözlərinə görə, məqalədə peşəkar fakt yoxlanışı yoxdur və spekulyasiya, şayiələrlə doludur:
“Jurnalistikanın və medianın Avropa standartlarının belə aşağı səviyyəyə enməsi ən azı utancvericidir. Avropa İttifaqı mediada yayılan qlobal dezinformasiyaya xüsusilə həssasdır və narahatdır. Bu başadüşüləndir! Bəs Avropa mediası başqaları haqqında saxta xəbərlər və yalanlar yaydıqda reaksiya necə olur?
Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.
Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. “Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkilməsini tələb edirik!”
30 Avqust 10:00
5 040
29 Avqust 11:12
1 694
28 Avqust 19:34
1 890