Prezident Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb Siyasət
5 Dekabr 2024 11:04
2 436

Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları!
Əziz uşaqlar!
Sizi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər. Forumunuzun ənənəvi şəkil alması da Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.
Builki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər.
Əziz iştirakçılar!
Siz müstəqillik salnaməmizə şanlı səhifələrin yazıldığı günlərin şahidi olan ən yeni nəsli burada təmsil edirsiniz. Sizin şəxsinizdə Azərbaycan uşaqlarının hamısına üz tutub deyirəm: xoşbəxtsiniz ki, parlaq mədəniyyət yaratmış qədim və böyük bir xalqın övladlarısınız. Siz həm də gələcəyimizin təminatısınız. Qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəyik. Siz bizim üçün çox dəyərlisiniz.
İnanıram ki, Forum çərçivəsində aparacağınız əhatəli fikir mübadiləsi və qəbul edəcəyiniz qərarlar uşaqlarla bağlı dövlət siyasətimizin bundan sonra da uğurla gerçəkləşdirilməsi işinə öz töhfəsini verəcəkdir".
-
Azərbaycan və Çin XİN rəhbərləri Pekində görüşüb
-
Takaici: ABŞ hücuma məruz qalarsa, Yaponiya müdaxilə edəcək
-
Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub
-
Milli Məclisin fevralın 2-də keçiriləcək plenar iclasının gündəliyi açıqlandı
-
Büdcənin qeyri-neft-qaz sektoru üzrə gəlirləri 700 mln. manatdan çox artıb
-
Azərbaycanın dövlət borcu açıqlanıb
-
Peskov: Putin və Əş-Şaraa Suriyadakı Rusiya hərbçilərini müzakirə edəcəklər
-
Suriya prezidenti Əş-Şaraa Moskvaya gəlib
-
Qızılın qiyməti daha 17 dollar artdı
-
Starmer Çin səfərinə gəlib
-
Türkiyədə SEPAH-a casusluq edən 6 nəfər saxlanılıb
-
ADY: Mühafizə zonalarında qeyri-qanuni tikililər vətəndaşlar üçün ciddi təhlükə törədir
-
Əraqçi: ABŞ nümayəndəsi ilə əlaqə saxlamamışıq
-
2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək - VİDEO
-
Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
-
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro çəkiləcək
-
ABŞ “Marinera”nın kapitanını Şotlandiyadan çıxarıb
-
Çində Nipah virusunu zəiflədə bilən dərman tapılıb
-
Ermənistan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil verib
-
Sabah yağış yağacaq
-
“Qarabağ”ın braziliyalı futbolçusu: Çempionlar Liqasında yeni tarix yazacağımıza inanırıq
-
Novak Cokoviç “Australian Open” turnirində qələbə rekordunu yeniləyib
-
Vaqif Zeyidquliyev: İstanbuldakı fəaliyyətim rəssamlıqdan çox, tarixə toxunmaqdır
-
Təhlil: Mədəniyyət sahəsində bizi nə gözləyir?
-
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistan səfirləri ilə Cənubi Qafqazı müzakirə edib
-
Puya İbrahimi və Hadi Qərəsuran Təbrizdə həbs edilib
-
Traktor Komandasının keçmiş oyunçusu Peyman Keşavarz saxlanılıb
-
Əli Babainin durumu ilə bağlı məlumatsızlıq davam edir
-
Paşinyan Azərbaycanla sülhü Ermənistanın təhlükəsizliyinin qarantı adlandırıb
-
Cənubi Koreyanın keçmiş birinci xanımı 20 ay həbs edilib
-
ABŞ üç keçmiş SEPAH üzvünü deportasiya edib
-
Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
-
Azərbaycanda elektron reseptə keçidlə bağlı mövcud vəziyyət açıqlanıb
-
Uşağa ziyan vuranların qanuni nümayəndə qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilir
-
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
-
Filippin sahillərində 6 bal gücündə zəlzələ baş verib
-
Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilir
-
Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları müəyyənləşir
-
Prokurorlara yeni səlahiyyət verilir
-
Uşaqların yaşayış minimumundan az olmayan məbləğdə təminat almaq hüququ müəyyənləşir
-
Valideynlər qarşılıqlı razılıq əsasında uşaqları dini əqidələrinə uyğun tərbiyə edə bilərlər
-
Uşaqların zorakılıqdan qorunması üçün təhsil və tibb müəssisələri üçün yeni öhdəlik müəyyənləşir
-
Uşaqların azadlıq və şəxsi toxunulmazlıq hüququ genişləndirilir
-
Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək
-
Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək
-
Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq
-
Uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının nümayişi qadağan edilir
-
İstintaq proseslərində uşaqlarla əlaqədar psixoloqun iştirakı tələbi qoyulur
-
Bakıətrafı ərazilərdə 25 dəmir yolu dayanacağı və stansiyası istifadəyə veriləcək
-
6 milyonluq dələduzluq işi barədə məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib
-
Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturu daha da təkmilləşdiriləcək
-
Bakı metrosunda 9 stansiyanın layihələndirmə işləri yekunlaşıb
-
Ötən ay ölkədaxili nağdsız ödənişlərin həcmi 10 mlrd. manatı ötüb
-
İranda Mossadla əməkdaşlıqda ittiham edilən şəxs edam olunub
-
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
-
Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb
-
Mehdiabaddan metronun “28 may” stansiyasına tramvay yolu çəkiləcək
-
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi elan edib
-
Nazir müavini: Bakıda 6 ay ərzində bütün yolların layihələndirmə işləri bitəcək
Xəbər lenti


