“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
Azərbaycanda sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək
Təcili eniş edən "Flydubai" təyyarəsinin pilotları Oman və BƏƏ vətəndaşlarıdır
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi aparılacaq
İraq beynəlxalq koalisiya ilə HHM sistemlərinin alınması barədə razılaşıb
6 Dekabr 2024 19:13
4 109
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi ilə konstruktiv tərəfdaşlığın möhkəmlənməsi üçün birgə səylər göstərəcəklərinə inandığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı təbrik məktubunda əksini tapıb.
Dövlət başçısı məktubunda qeyd edib ki, Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
"İnanıram ki, Azərbaycan ilə Avropa Birliyi arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik", - İlham Əliyev məktubunda yazıb.