7 Mart 17:52
İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
9 Dekabr 2024 18:45
3 283
“Suriyadakı hadisələr Türkiyənin mövqelərini gücləndirəcək. Çünki Əsəd rejimi Türkiyə əleyhinə siyasət yürüdürdü, öz ərazisində də PKK-ya bağlı terrorçu qruplara illər öncə şərait yaratmışdı. Onlar faktiki olaraq orada dövlətəbənzər “ərazi” yaratmışdılar və Türkiyəyə təhlükə yaradırdılar”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu söyləyib.
E.Şahinoğlunun sözlərinə görə, indi Türkiyə Suriyadakı yeni hakimiyyətlə əlaqələri gücləndirərək PKK-ya bağlı güclərin zəiflədilməsinə çalışacaq: “Digər tərəfdən Suriyada qurulacaq yeni hökumət Əsəddən fərqli olaraq Türkiyə ilə dost münasibətlərə çalışacaq. Çünki Suriyanın yenidən qurulmasında Türkiyənin siyasi, hərbi, iqtisadi dəstəyinə, yatırımlarına çox ehtiyacı olacaq. Türkiyədə olan suriyalı qaçqınlar da tədricən geri qayıtmağa başlayıb. Ona görə də Türkiyənin mövqeləri güclənəcək. Üstəlik də Suriyada yaşayan türkmənlərə Türkiyədən dəstək daha çox artacaq. Bu baxımdan bir də qeyd edirəm ki, Türkiyənin mövqeləri Suriyada güclənəcək və bu, bir daha bölgədə Türkiyənin artan gücünü göstərəcək”.
Röya İsrafilova
7 Mart 17:53
1 190
7 Mart 17:51
1 162
7 Mart 17:50
1 204