“Erməni kilsəsi siyasi idarəçiliyə müdaxilə etməyə çalışır”
9 Dekabr 20:46
9 Dekabr 20:46
9 Dekabr 20:45
9 Dekabr 20:39
9 Dekabr 20:39
Floridada CAIR və “Müsəlman Qardaşları” xarici terrorçu təşkilatlar elan edilib
Tramp qumar uduşlarına tətbiq edilən vergini ləğv etmək barədə düşünəcək
ABŞ 2025-ci ilin yanvar ayından bəri 85.000 vizanın ləğv edib
Gəncədə orta məktəb şagirdləri dönərdən zəhərləniblər - YENİLƏNİB
Qusarda yol qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub
16 Dekabr 2024 11:41
4 326
“Bu gün Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə onları təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram.
Həmçinin çıxışlarına görə, Milli Məclsiin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova və maliyyə naziri Samir Şərifova təşəkkür edirəm. Samir müəllimin qeyd elədiyi bütün dəyişiklikləri, o cümlədən siyasi partiyalara ayrılan vəsaitin artırılmasına görə, mütərəqqi sayıram, təqdir edir və dəstəkləyirəm.”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyəti, demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğunda siyasi partiyalar, qeyri hökumət təşkilatları və medianın rolu əvəzsizdir: “Bu gün ölkmizə qarşı aparılan bütün böhtan və qarayaxma kampaniyasına qarşı onlar dayanır və bu kampaniyanı aparanlar onlar tərəfindən ifşa olunur. Bütün bunları nəzərə alaraq, siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi üçün maliyyə vəsaitinin artırımasına görə, həm cənab Prezidentə, həm də Nazirlər Kabinetinə öz minnətdarlığımı bildirirəm və qanun layihəsinə səs verəcəyəm”.
9 Dekabr 17:59
1 393
9 Dekabr 17:47
1 218
9 Dekabr 17:45
1 239