“Azərbaycan da elə buna-işğalçını sülhə məcbur etməyə hazırlaşır” Siyasət

“Azərbaycan da elə buna-işğalçını sülhə məcbur etməyə hazırlaşır”

"Azərbaycan ordusunun aprelin 16-da başlatdığı geniş təlimlər bitdi. Bu, sülh adına keçirilən təlimlər idi. Minsk qrupuna həmsədrlik edənlər düz deyirlər- Dağlıq Qarabağ problemi ancaq sülh yoluyla həll edilə bilər". Belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyevin sözlərinə görə, həmsədr dövlətlər ona görə belə tələbdə bulunurlar ki, humanistdirlər, özlərininki olmasa belə, nahaq qan axmasını istəmirlər: "Hazırda Yaxın Şərqdə və Ukraynada yeritdikləri siyasət, atdıqları addamlardan da bu görünmürmü? Orası da var ki, "məsələ sülh yoluyla həll edilməlidir" deməklə sülh olmur. Bəzən beynəlxalq normalara məhəl qoymayanı sülhə zorlamaq lazım gəlir. Onu isə ordu edir. Azərbaycan ordusunun keçirdiyi təlimlər də onun üçündür ki, ötən ildəki aprel döyüşlərdindən gərəkən dərsi çıxarmayan düşməni növbəti dəfə daha dəqiq və sarsıdıcı zərbələrlə danışıqlar stolu arxasına əyləşdirsin. Bəli, bir daha vurğulayırıq ki, həmsdər dövlətlər, elə qonşu İran da düz buyururlar- bu problem ancaq sülh yoluyla həll edilə bilər. Keçirilən təlimlər göstərir ki, Azərbaycan da elə buna-işğalçını sülhə məcbur etməyə hazırlaşır".