16 Sentyabr 23:38
8 Fevral 2025 12:38
3 626
“Tramp administrasiyası USAID-in layihələrini dayandırıb. USAID-in “X” hesabı da bağlanıb. USAID-də audit keçirilməsi də nəzərdə tutulur. USAID-in əsl siması bəlli olduqca bu təşkilat başqa ölkələrdən qovulur. Əslində belə bir təşkilatın fəaliyyətinə ehtiyac yoxdur. Tezliklə USAID-in tamamilə tarixə qovuşması qaçılmazdır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
M.Cəfərovun sözlərinə görə, USAID və ona bənzər institutlar guya ehtiyacı olan digər ölkələrə köməklik göstərmək istəyir, inkişaflarına təkan verməyə çalışırlar, əslində isə USAID humanitar missiya adı altında siyasi təbliğatla məşğuldur: “Bu təşkilatlar sadəcə müdaxilə funksiyası ilə fəaliyyət göstərirlər. USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub. USAID ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla dollar pul xərcləyir. Bu təşkilatın dəfələrlə Azərbaycana qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları”, Misir və Ukrayna inqilablarında rolu, Gürcüstanda destruktiv fəaliyyəti hər kəsə məlumdur”.
Deputat əlavə edib ki, USAID hər hansı bir ölkədə fəaliyyət göstərirsə, deməli, o, yerli əhalidən də könüllülər cəlb edir: “Bu insanlar da tədricən istər-istəməz təşkilatın təsiri altında fəaliyyətə başlayırlar. Bütün bunları nəzərə alan başqa dövlətlər də USAID-in fəaliyyətindən narazıdır. Düşünürəm ki, belə QHT-lər ciddi araşdırılıb, sonra fəaliyyətinə icazə verilməldir. USAID əvvəllər Azərbaycanda da fəaliyyət göstərirdi. Təşkilatın ölkəmizin daxili işlərinə kobud müdaxiləsi səbəbindən rəsmi Bakını onunla əlaqələri kəsdi və təbii ki, USAID Azərbaycanı tərk etdi”.
Röya İsrafilova
16 Sentyabr 23:22
525
16 Sentyabr 18:11
700
16 Sentyabr 17:36
1 666
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA