Yəhudilər hər zaman özlərini Azərbaycanda azad və təhlükəsiz hesab ediblər Siyasət

Yəhudilər hər zaman özlərini Azərbaycanda azad və təhlükəsiz hesab ediblər

Ana vətənimiz, doğma Azərbaycanın dövlətçilik rəmzi olan Müstəqillik günüdür. Azərbaycan xalqı əsrlər boyu böyük çətinliklərdən və məşəqqətlərdən keçərək, Çar imperiyasının qanlı əsarətindən çıxaraq 1918-ci ilin mayın 28-də Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstiqlal bəyənnaməsi ilə öz azadlığına qovuşdu və Şərqə ilk dəfə Parlamentli, Demokratik Respublika quruldu.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu "İsraildə Azərbaycan Evi" Diaspor qurumun direktoru,
İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurasının rəhbəri, Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyinin sədrinin birinci müavini, Akko şəhər Dağ Yəhudiləri İcmasının sədri Nexemiya Şirin Mixaeli deyib.

O, qeyd edib ki, həmin Respublika hətta qadınlara seçki hüququnu tanıyan Milli Hökumət idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə, əsrlərin keşməkeşindən və müsibətlərindən keçərək uzun bir dövrdən sonra Azərbaycan xalqının bir dövləti yarandı. Bu günkü müstəqil Azərbaycan dövləti də məhz Xalq Cümhuriyyətinin varisidir. Hazırda Azərbaycan dövləti Xalq Cümhuriyyətinin dövlətçilik dəyərlərini daha da inkişaf etdirərək, güclü bir dövlət olmuşdur. Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyət başına qayıtdıqdan sonra Xalq Cümhuriyyətinin təməlləri üzərində müstəqil və güclü Azərbaycan dövlətini qurmuşdur. Məhz Heydər Əliyevin əzmkarlığı və qətiyyətli addımları ilə bu günkü Azərbaycan özünün inkişaf yolunda addımlayaraq by gün regionun ən güclü dövləti olmuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan daha da inkişaf edərək, nəinki bölgədə, hətta bütün dünyada söz sahibi olan və hesablaşılan bir dövlətə çevrilmişdir. Azərbaycanda tarix boyu yəhudilərə hörmət və mehribanlıq göstərilib. Hər iki xalq tarix boyu dostluq və mehribanlıqla yaşayıblar. Yəhudilər hər zaman özlərini Azərbaycanda azad və təhlükəsiz hesab ediblər:

"Və təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən Məmməd Əmin Rəsulzadənin silahdaşları arasında yəhudilər də olub. Onlardan tibb üzrə alim, professor, Cümhuriyyətin Səhiyyə naziri Yevsei Gindesin misal göstərmək olar. Bütün bunlar Yəhudi xalqı ilə Azərbaycan xalqının dostluq və qardaşlığının bariz nümunəsidir. Müstəqillik Günü münasibətilə doğma Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Azərbaycana daim yüksəliş, firəvanlıq və əmin amanlıq arzu edirik".

Cavid