

“Bu gün Azərbaycan Ordusunun yaranmasının 107-ci ildönümüdür. Bu böyük tarixdir və bu müddər ərzində ordumuz tarixi naliliyyətlər əldə edib”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında "İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev deyib.
Ramil Əliyev bildirib ki, müstəqillik illərində Azərbaycanın ordu qurucluğuna böyük diqqət ayrılıb və hədəflər müəyyən edilib: “Nəticədə Azərbaycan ordusunun istər maddi-texniki, istər peşəkarlıq, istərsə də mənəvi-psixoloji səviyyəsi ən yüksək zirvəyə çatıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq, ordunun inkişafı ilə bağlı real nəticələr əldə edilib. Məhz bunun nəticəsi idi ki, Azərbaycan ordusu 30 ilə yaxın müddət ərzində işğalda qalan torpaqlarımızı cəmi 44 günə azad etdi. Eyni zamanda bir günlük antiterror tədbirləri ilə suverenliymiz bərpa olundu. Bununla da ordumuz Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan ordusu bu gün dünyanın inkişaf etmiş ölkələrin hərb məktəblərində nümunə kimi göstərilir, onun keçirdiyi əməliyyatlar tədris edilir. Bir Azərbaycan vətəndaşı olaraq, hər bir Azərbaycan əsgəri ilə fəxr edir və hərbçilərimizi təbrik edirəm. Yaşasın Azərbaycan ordusu!”.