Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
1 İyul 2025 15:58
2 688
“12 günlük İran İsrail gərginliyinə baxmayaraq ABŞ-nin İranla nüvə proqramı ilə bağlı müzakirələri davam etməsi həm diqqət çəkir, həm də müsbətdir. ABŞ Prezidenti Donald Trampın birbaşa İrana müraciət etməməsinə baxmayaraq xüsusi nümayəndə Stiven Uitkoffun vasitəsilə İranla dialoq saxlanılır. Bu yanaşma ABŞ-nin İrana qarşı sərt ritorikasını diplomatik kanallarla balanslaşdırmaq istədiyini ortaya qoyur. Məlum olduğu kimi, İranın nüvə proqramı ilə bağlı vəziyyət qeyri-müəyyəndir. ABŞ və İsrailin bu ölkənin nüvə obyektlərinə zərbə endirməsi, habelə nüvə alimlərini sıradan çıxarması proqramın durduğu iddiaların yayılmasına səbəb olmuşdu. Amma ABŞ danışıqların davam etdiyini deyir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev söyləyib.
T.Rzayev deyib ki, hazırda Stiven Uitkoffun İranla dialoqu bu mürəkkəb vəziyyəti yumşaltmaq və 2015-ci il razılaşmasına qayıtmaq istiqamətində mühüm addımdır: “O, həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparır ki, bu da ABŞ-nin dialoqa açıq olduğunu, lakin eyni zamanda, sərt mövqeyini qoruduğunu göstərir. Bu müzakirələr yalnız ABŞ və İran arasında deyil, həm də region ölkələri, xüsusilə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün də böyük əhəmiyyət daşıyır. Bu ölkələr İranda nüvə proqramının silahlanmaya çevrilməsini böyük təhlükə hesab edir. Nəticə olaraq, hazırkı dialoq mürəkkəb, həssas və uzunmüddətli bir prosesin parçasıdır. ABŞ-nin diplomatik kanallarla əlaqələri davam etdirməsi, gərginliyi azaltmaq və nüvə proqramı ilə bağlı razılaşmaya yol açmaq üçün mühüm addımdır. Lakin hər iki tərəfin mövqelərinin sərtliyi və qarşılıqlı etimadın aşağı səviyyədə olması müzakirələrin uğurla nəticələnməsi üçün hələ çox iş görülməli olduğunu göstərir”.
Röya İsrafilova
15 Sentyabr 22:46
609
15 Sentyabr 19:06
777
15 Sentyabr 18:54
1 113