“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
8 İyul 2025 09:58
2 646
“Biz Ermənistandan zaman-zaman sülh ilə bağlı açıqlamalar görürük, amma önəmli olan açıqlamalar deyil, əməli addımlardır. Amma biz Ermənistandan açıqlamalardan fərqli olaraq real, irəliyə doğru atılan addımları görmürük. Şübhəsiz ki, Ermənistan əslində başa düşür ki, Azərbaycanla sülh şəraiti olmadan, onun özünün dövlət olaraq bölgədə maraqları təmin olunmayacaq”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloqun bildirdiyinə görə, ona görə də xüsusilə son dövrlər kəskinləşən geopolitik mənzərə Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinin normallaşmasına vadar edir: “Bu baxımdan söhbət səmimiyyətdən yox, sadəcə olaraq hələlik ritorik bəyanatlardan gedir. Biz o zaman bu məsələnin nə qədər konstruktiv və səmimi olduğunu deyə biləcəyik ki, artıq Ermənistan konkret olaraq sülh müqaviləsini imzalamaq üçün Azərbaycanın tələb etdiyi iki təklifi, yəni Konstitusiya dəyişiklikləri və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı əməli addımlar atsın. Ondan sonra artıq sülh müqaviləsinin imzalanmasından danışmağa dəyər”.
Röya İsrafilova
16:29
308
10 Yanvar 21:27
1 729
10 Yanvar 17:11
1 568