“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
10 İyul 2025 10:55
3 850
“Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş, regionda sülhə və sabitliyə doğru atılmış ümidverici addımlardan biri kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfi bir daha nümayiş etdirdi ki, ədalətli və dayanıqlı sülh üçün siyasi iradə, strateji uzaqgörənlik və konstruktiv dialoq vacibdir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
T.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev bu görüşdə də Azərbaycanın dəyişməz və ardıcıl mövqeyini ifadə etdi: bölgədə uzunmüddətli sabitliyin yeganə yolu dövlətlərarası münasibətlərin beynəlxalq hüquq əsasında tənzimlənməsidir: “Bakı real sülh gündəliyi ilə çıxış edir – sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması, qarşılıqlı tanınma və gələcəyə baxan münasibətlər”.
O bildirib ki, Azərbaycan sülh istəyir, amma bu sülh təkcə susqunluq yox, həm də ədalətin bərpası üzərində qurulmalıdır: “Abu-Dabidəki görüş məhz bu istiqamətdə atılan mühüm diplomatik addım kimi dəyərləndirilməlidir. Qlobal və regional güclərin dəstəyi ilə aparılan bu prosesdə rəsmi Bakı bir daha göstərdi ki, revanşizmdən yox, reallıqdan danışır. Azərbaycanın təklif etdiyi sülh modeli həm region xalqlarının rifahına, həm də beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Ümid edək ki, bu dialoqlar nəticə verəcək və Cənubi Qafqazda davamlı sülh dövrü başlayacaq”.
Röya İsrafilova
11 Yanvar 16:29
3 367
10 Yanvar 21:27
2 016
10 Yanvar 17:11
1 834