Prezident: Azərbaycan ərazisində Zəngəzur dəhlizi ilə bağlı heç bir xarici operator ola bilməz Siyasət

Prezident: Azərbaycan ərazisində Zəngəzur dəhlizi ilə bağlı heç bir xarici operator ola bilməz

Prezident İlham Əliyev ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bu məsələyə toxunub.

Dövlət başçısı bildirib ki, bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır: “Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz”.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan çox şey edə bilər, onlar artıq Avropa İttifaqı müşahidəçilərini də sərhədə dəvət ediblər: "Bu, sərhəddə peşəkar casuslardır və onlar İrana qarşı casus fəaliyyəti aparır. Xüsusilə də son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də onları öz ərazimizdən izləyirik. Sabah ona görə Ermənistan istənilən ölkəni dəvət edə bilər. Bizim üçün isə başlıca məsələ odur ki, mən Əbu-Dabidə həmkarıma dedim bizim maneəsiz və təhlükəsiz Azərbaycandan-Azərbaycana keçidimiz olmalıdır. Və bu Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir".