

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
ABŞ-ın 1992 ildə qəbul etdiyi 907-ci maddə və yaxud düzəliş, nəhayət Tramp hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan üzərindən qaldırıldı. Əlbəttə ki, başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, bu hadisəni Azərbaycan hakimiyyətinin növbəti uğuru hesab etmək olar.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Çingiz Şahbazi deyib.
O, qeyd edib ki, heç şübhəsiz ki, bu düzəliş ABŞ və Azərbaycan arasında yeni dövrün tələblərinə cavab vermirdi və düzəlişin qaldırılması deməyə əsas verir ki, sözün həqiqi mənasında ABŞ, Azərbaycana qarşı siyasətində dəyişiklik etməyə qərarlıdır və bu istiqamətdə yürütdüyü siyasətdə bütün keçmişlə bağlı maneələri aradan qaldirmaq qərarı alıb:
"Cənab Prezident İlham Əliyevin əlbəttə ki, bu istiqamətdə yürütdüyü siyasəti qiymətləndirməmək xəsislik olardı və onun uzun zaman davam edən müdrik və uzaqgörən siyasətinin nəticəsindir ki, bu gün beynəlxalq aləmdə Azərbaycanın başı üzərindən yürüdülən çirkin siyasət tarixin zibilliyinə atılmaqdadır və ölkəmizin başı üzərindən qara qüvvələr uzaqlaşdırılmaqdadır.907-ci maddə Azərbaycana yardımları məhdudlaşdırırdı və bu illər ərzində Ermənistandan fərqli olaraq ölkəmiz yalnız humanitar yardım ala bilmişdir. ABŞ prezidenti Trampın Vaşinqtonda Azərbaycan Prezidenti ilə görüşü zamanı bu səlahiyyətindən istifadə edərək 907-ci düzəlişi durdurması ilə iki ölkə arasında yeni bir üfüqün açılmasına dair kardinatları vermiş oldu. 907-ci düzəliş ölkəmiz üçün bir tək maddi baxımdan əngəllər yaratmırdı, həmçinin bu aktın Azərbaycan üçün beynəlxalq aləmdə siyasi baxımdan da ziyanları olub. Xüsusilə də ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafında və əlaqələrin genişləndirilməsi istiqamətində gərginlik yaratmaq istəyən qüvvələrin əlində fürsət və bəhanə elementi kimi istifadə olunub. Artıq bütün bunlar arxada qaldı və nəhayət ədalət öz yerini tutub".
Cavid